"Fasilədə vaxtım çox olduğu üçün rəqibin, demək olar ki, bütün oyunlarını analiz etmişəm".
AXİN.AZ xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovaa məxsusdur.
O, "Keşlə" ilə bu gün keçiriləcək Premyer Liqanın XXI tur matçı haqda danışıb. Təcrübəli çalışdırıcı rəqibi yaxşı təhlil etdiyini bildirib:
"Sənan Qurbanovun gəlişindən sonra daha çox məğlubiyyət və heç-heçə qeydə alınsa da, "Keşlə" bütün matçlarda aqressiv, istəkli təsir bağışladı.
Analiz zamanı həddindən artıq təhlükəli komanda gördüm. Bəlkə də bir qələbə lazımdır ki, uğurlu çıxış etsinlər.
Əksər görüşlərdə hesabda öndə olub, sona yaxın qol buraxıblar. Bu komandaya qarşı oynamaq heç vaxt asan olmayıb. Həmişə bu rəqibə ciddi yanaşmışıq.
Üstəlik, süni örtüklü meydanda oynayacağıq. Asan olmayacaq".