Bu gün Gənclər və İdman, eləcə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” beynəlxalq turnirinə start veriləcək.
Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək.
Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Turnirə yalnız ölkələrinin milli seçmə turnirinin qalibləri qatılacaq.
Turnirin təşkilatçısı “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudovun yarışın əhəmiyyəti barədə danışıb: “Xarı Bülbül” bizim 2020-ci ildə son yarışımız olacaq. Bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Xarı Bülbül Qarabağın milli simvoludur. Məhz buna görə yarışa bu ad seçilib. Turnir beynəlxalq çərçivədə təşkil olunur. Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna və Özbəkistan turnirdə iştirak edir. Fikrimcə çox maraqlı mübarizə izləyəcəyik.
Son illər kiberidmana dünyada eləcə də Azərbaycanda olan yüksək maraq bizi sevindirməyə bilməz. Artıq kiberidman gənclərin böyük əksəriyyətinin sevimli məşğuliyyətidir. Yeni ildən kiberidman həvəskarlarını çox maraqlı yarışlar gözləyir”.
Qeyd edək ki, yarış beş gün davam edəcək.
Yarışı canlı izləmək üçün:
“Twitch”: glahub
“Instagram” ünvanı: Glahub