Türkiyənin "Başakşehir" klubu UEFA Avropa Liqasının I qrupunun II turunda dünən İstanbulda İspaniya "Vilyarreal"ı ilə qarşılaşmasında"Qarabağ"a dəstək verib.
"Axin.az"ın məlumatına görə, matçın keçiriləcəyi "Başakşehir Fatih Terim" stadionunun ətrafında Ağdam təmsilçisi ilə bağlı pankartlar yerləşdirilib.
Pankartların üzərində "Yanındayıq, "Qarabağ"! Avrokuboklarda uğurlar!" şüarları qeyd olunub.