Almaniya Bundesliqasında 32-ci tura start verilib.
Axin.az xəbər verir ki, bu günə nəzərdə tutulan 4 görüşdən biri başa çatıb.
Münhenqladbax “Borussiya”sı öz meydanında “Volfsburq”a böyük hesabla qalib gəlib – 3:0. “Borussiya” bu qələbə ilə xalını 59-a çatdıraraq 4-cü pilləyə yüksəlib. “Volfsburq” isə 46 xalla 6-cıdır.
“Borussiya” (Münhenqladbax) – “Volfsburq” – 3:0
Qollar: Hofmann, 11, 30, Stindl, 65