UFC 249 turniri, həmçinin bu yarışın əsas döyüşü olan Həbib Nurmaqamedov – Toni Fergüson qarşılaşması təxirə salınmayacaq.
Axin.az xəbər verir ki, bu haqda UFC prezidenti Dena Uayt bildirib. Əvvəlcə bu döyüşü Nevadada keçirmək istədiklərini söyləyən D.Uayt indi başqa variantlar üzərində düşündüklərini söyləyib:
“Bu döyüş olacaq. Azarkeşlər narahat olmaya bilərlər. Nevada ştatının qərarınsa əsasən, Las-Veqasda döyüş keçirə bilməyəcəyik. Amma hazırda başqa yerlər axtarışındayıq. UFC yarışları dayanmayacaq”.