Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilir.
Axin.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu Bakı vaxtı ilə saat 00.00-da "Espanyol"u qəbul edəcək.
Millimizin üzvü Renat Dadaşovun bu oyunda ilk dəfə "Vulverhempton"un əsas heyətində meydana çıxacağı gözlənilirdi. Lakin bu baş verməyib. Baş məşqçi Nunu Eşpirintu Santu futbolçumuzun adını "18-liy"ə salmayıb.
Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. Klub gənc oyunçunu Avropa Liqası oyunları üçün sifariş edib. "Vulverhempton" 1/16 finalda "Espanyol"la ilk oyununu fevralın 20-də evdə, cavab görüşünü isə fevralın 27-də səfərdə keçirəcək.