“Stayau”nın (Rumıniya) baş məşqçisi Boqdan Vintilye "Başakşəhər"in yolları ayırdığı Arda Turanı transfer edəcəkləri haqda yayılan xəbərə münasibət bildirib.
Axin.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bu keçidin mümkün olmadığını deyib: “Bu barədə nə demək olar? Arda Turanın nə qədər maaş aldığını bilirsiniz? Daha ciddi mövzulardan danışaq".
Klubun idman direktoru Mixa Stoyka da məlumı təkzib edib: "Yəqin ki, Türkiyədə 1 aprel zarafatı ediblər” – deyə o bildirib.
Qeyd edək ki, Rumıniyada transfer pəncərəsi fevralın 17-si bağlanacaq.