“Liverpul” futbolçusu Tomas Hill ilə peşəkar müqavilə imzalayıb.
Axin.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
6 yaşından “Liverpul”un akademiyasında olan Hill, bu mövsüm Mersisayd təmsilçisinin əsas komandasında debüt edib.