Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Axin.az”in Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Həşimov Anar İltifat oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.