ABŞ-ın Kaliforniya ştatının Korona şəhərində təyyarə qəzası baş verib.
“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidməti özünün “Twitter”dəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, kiçik mühərrikli təyyarə Korona şəhərinin ətrafındakı aerodromun ərazisinə düşüb. İlkin məlumata görə, hadisə zamanı təyyarədə dörd nəfər olub.