Bakıda mənzildən meyit tapılıb.
“Axin” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatt yayıb.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Səmədov Eldar Arif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.