Bu gün Bakının Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsində (Gənclik-Mall AVM-nin qarşısında) yol-nəqliyyat hadisəsi baş verib.
"Axin" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
"Hazırda qeyd edilən istiqamətdə sıxlıq müşahidə olunur", - deyə o, bildirib.