Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın baş verib.
Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.