axin.az

SON DƏQİQƏ

Bakıda sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

7-09-2021, 17:08



Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının asma tavan və dam örtüyü istehsalı sexinin anbarında baş verdiyi müəyyən olunub.

Yanğının mürəkkəbliyinə, obyektin ərazisində böyük həcmdə tezalışan mal-materialların (boya, sintetik məhsullar, taxta və s.) mövcudluğuna və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək bitişik anbarlara keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülməsi təmin olunub.

Obyektin böyük hissəsi, o cümlədən bitişik anbarlar yanğından mühafizə olunub.

14:16

Bakıda sexdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA