Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb
Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfərin öldüyü, itkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsində 4 nəfərin boğularaq öldüyünü, Türküstan bölgəsində isə bir azyaşlının axarının altında qalaraq həyatını itirdiyini bildirib.