Yaponiyada “Beni-koji” adlı pəhriz dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Kobayashi Pharmaceutical Co” şirkətindən məlumat verilib.
Bildirilib ki, tərkibində qırmızı düyü mayası olan “Beni-koji” dərmanını qəbul edən 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
Xəstələrin əksəriyyətinin böyrək xəstəliyindən şikayət etdiyi vurğulanıb.
Şirkət həmçinin sözügedən məhsulu ölkə daxilində müxtəlif bölgələrdə bazardan geri çəkməyə qərar verdiyini açıqlayıb.