“Qafqazinfo” xəbər verir ki, Binəqədi şossesində “BMW” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Hyundai” aşıb. Hadisə yerindəki vətəndaşların köməyi ilə aşaraq banı üzərində qalmış avtomobili təkərləri üzərinə çevirmək mümkün olub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.