Avropa Birliyi Ermənistanı mina xəritələrini Azərbaycana təqdim etməyə çağırıb.
AXİN.AZ xəbər verir ki, bununla bağlı Avropa Birliyinin bu gün yaydığı bəyanatda bildirilib. Belə ki, Azərbaycan və Ermənistandan mina xəritələri ilə bağlı əməkdaşlıq etmək istənilib.
Rəsmi Brüssel tərəfləri düşmənçilik və təhqir dolu ritorikadan çəkinməyə, əsirlərlə bağlı hərtərəfli əməkdaşlıq etməyə çağırıb.
Xatırladaq ki, Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi səbəbilə bu günə qədər 20-dən artıq Azərbaycan vətəndaşı həlak olub, onlarla insan isə xəsarət alıb.