Türkiyə Silahlı Qüvvələri 2,5 aylıq fasilədən sonra Şimali İraqda terror təşkilatı PKK-ya qarşı yeni əməliyyata başlayıb.
AXİN.AZ-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Şimali İraqdakı Metina, Zap, Avaşin-Basyan və Qəndildəki PKK hədəflərinə yerdən və havadan zərbələr endirilib. Əməliyyatda F-16-larla yanaşı, sərhəddəki topçu birlikləri və hücum helikopterləri də iştirak edir.
Məlumata görə, çoxlu sayda döyüş təyyarəsi və PUA-larla terrorçuların sığınacaqları, silah-sursat anbarları darmadağın edilir.