Ermənistan iyunun 20-də seçkilər keçirmək halında Nikol Paşinyan 20-30 aprel tarixləri arasında istefa verəcək, sonra 7 gün ərzində Baş nazir seçilməməlidir. “Hraparak” nəşri yazır ki, ikinci dəfə namizəd göstərilməzsə və yeni Baş nazir seçilməzsə, daha 7 gün sonra qanunun qüvvəsi ilə Ermənistan parlamenti buraxılır. Bundan sonra 30 gündən gec və 45 gün gündən tez olmayaraq Ermənistan parlamentinə seçkilər təyin edilir.
“Mənbəmizin sözlərinə görə, Nikol Paşinyan müəyyənləşdirilmiş müddətdə, böyük ehtimalla aprelin 26-da istefa verəcək.
“İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan Nikol Paşinyanın özü ilə Qaqik Tsarukyan arasında əldə edilmiş razılaşmanı pozmayacağına inandığını bildirib.
“Müzakirə etməmişik, razılaşma pozulsa, nəsə edəcəyik... çünki əsasımız yoxdur, gəlin balığı suda bazar etməyək”, - deyə o qeyd edib.
Marukyan qeyd edib ki, razılaşmaya əsasən, aprelin son ongünlüyündə Paşinyan istefa verəcək”, - deyə nəşr qeyd edib.