Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
Axin.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan ayrı-ayrılıqda Respublika Partiyasının sədri Aram Sərkisyan və Çiçəklənən Ermənistan Partiyasının funksioneri Qurgen Arsenyanla görüşüb.
Görüşlərdə əsirlərin qaytarılması, 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi və Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.