Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Axin.az apa-ya istinadən xəbər verir ki, xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2 VAZ, 1 Hyundai, 1 BMW markalı minik avtomobilləri və yük maşını toqquşub. Hadisə nəticəsində Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyal Sahib oğlu Əliyev xəsarət alıb. O, Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.