Ağır vəziyyətdə olan 1 yaşlı uşaq Şərqi Qüdsdəki Silvan rayonundan Qüdsdəki Hadassa xəstəxanasına gətirilib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, tibbi müayinə və kiçik bir analizdən sonra körpənin qanında narkotik aşkarlanıb.
Tibb işçiləri dərhal polisə müraciət ediblər. Uşağın anası dindirilmək üçün saxlanılıb.
AXIN.AZ