Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Oxu.az"in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Bayramov Elməddin Qardaş oğlu qarın boşluğundan bıçaq yarası alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.