Rusiyanın Novosibirsk vilayətində hərbi təlim zamanı 4 hərbçi xəsarət alıb.
"Axin.az" TASS-a istinadən xəbər verir ki, məlumatı Mərkəzi Hərbi Dairənin Mətbuat Xidməti yayıb.
Təlim zamanı artileriya mərmisi partlayıb. İlkin məlumata görə, hadisə texniki təhlükəsizliyə riayət edilməməsi səbəbindən baş verib.
Dairənin hərbi komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb.