Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
14:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.