“Mayın ilk beş günündə respublika ərazisində 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb”.
Bu barədə Axin.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, mayın 1-dən bu günə kimi respublikanın avtomobil yollarında qeydə alının 15 yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 21 nəfər yaralanıb.