Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 12-də idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101" markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar.
Bu barədə "Axin.az" DGK-ya istinadən məlumat verir.
Şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8 000 ədəd "King", 2 000 ədəd "Marlboro" və 10 min ədəd "De Santis" markalı siqaretlər aşkar edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.