Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Eynulla Həmzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Axin.az”in xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Əkrəm Qəhrəmanovun icraatında olan iş üzrə hazırlıq yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da paytaxtın Xəzər rayonu, Mərdəkan-Buzovna şosesində qeydə alınıb.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eynulla Həmzəyevin idarə etdiyi “Qaz-3110” markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Tağıyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
E.Həmzəyevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.