Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.
Axin.az "Yeni Sabah"-a istinadən bildirir ki, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib:
“Bəli saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.