Mərkəzi Bankın sədri Elman Rüstəmov “AtaBank”da yaranan maliyyə problemləri ilə bağlı haqqın.az-a məlumatı təsdiqləyib.
Axin.az-in verdiyi məlumata görə, Elman Rüstəmov bankın gələcəyi ilə bağlı qərarı Maliyyə Sabitliyi Şurasının müəyyən edəcəyini bildirib.
“Biz bankda likvidlik və maliyyə sabitliyi ilə bağlı ciddi problemlərin aşkarlandığı üçün geniş audit keçirdik. Konkret təkliflər hazırlamışıq və onları Maliyyə Sabitliyi Şurasına göndərəcəyik. Şura "AtaBank"la bağlı qərar verəcək, ancaq ən qısa müddətdə qəbul edilməsini istəyirik", - AMB sədri deyib.
Xatırladaq ki, haqqin.az dəfələrlə “Atabank”dakı likvidlik problemləri barədə yazıb. Məsələ elə bir məqama çatıb ki, bank müştərilərə əmanət kimi yerləşdirilən kiçik məbləğləri belə qaytara bilmir.