Müasir Müsavat partiyasının sədri, deputatlığa namizəd Hafiz Hacıyev yenidən ittiham dolu açıqlamaları ilə gündəmə gəlib.
Axin.az-ın məlumatına görə, H.Hacıyev bu dəfə Yeni Azərbaycan Partiyasının 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd olan rəqibi Elşad Mirbəşiroğlunu hədəf alıb.
H.Hacıyev, "Elşad Mirbəşiroğlu 5 ayın gəlinidir" söyləyərək, rəqibinə qarşı bir sıra alçaldıcı sözlərdən istifadə edib.
Deputatlığa namizəd olan rəqibi Elşad Mirbəşiroğlunun atası 1994-cu ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyevi dəstəkləməyən qrupa başçılıq edib.Həmin illər ərzində təhsil şöbəsinin müdiri olub və ruşvətxorluğa görə 7 il həbs edilib. Daha sonra məktəbdə direktor vəzifəsində işləyib və işlədiyi illərdə bütün müəllim və məktəblilər tərəfindən narazılıqla qarşılanıb. Bir müddət sonra direktor vəzifəsində sui istifadə etdiyinə görə kənarlaşdırılıb.Səbəb isə rüşvətlə işə müəllim düzəltmək və məktəb təmiri üçün ayrılmış pullar olub.Elşad Mirbəşiroğlu 5 aydır ki Yeni Azərbaycan Partiyasına üzv olub.Görünən odur ki himayədarı Zahid Oruc tərəfindən deputat mandatı söz verilən Elşad Mirbəşiroğlu himayədarına çox güvənir.Lakin bütün seçicilər ondan narazıdır və 98% seçici Məni dəstəkləyir
Deputatlığa namizəd Elşad Mirbəşiroğlununda mövqeyini dərc etməyə hazırıq.