"Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir". Bu sözləri araşdırmaçı jurnalist Hafiz Babalı feysbuk səhifəsində yazıb.
Jurnalist qeyd edir ki, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur: