Aparıcı Vüsalə Əlizadə ATV telekanalından ayrıldığını açıqlayıb
O, əmək kitabçasının görüntüsünü yayımlayaraq, kanaldan öz istəyi ilə getdiyini bildirib:
"20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə ayrıldım. 2 aydır bilib-bilmədən yazanlar, bilin ki, münasibətlər hörmətli, qərarlar sayğı duyularaq gözəldir. Biz də belə ayrıldıq. Çünki mən qərarlarımı verərkən nə şişi, nə kababı bada verirəm. Tezliklə görüşərik".
Qeyd edək ki, Vüsalə sözügedən kanalda "7 Canlı" verilişinə aparıcılıq edirdi.
Axın.az