Rəşad Dağlı azadlıqdan məhrum edilib - VİDEO (YENİ)
Gündəm / Cəmiyyət
28-07-2023, 12:15
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirova (Rəşad Dağlı) hökm oxunub.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
11:57
Bu gün həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) məhkəməsi keçirilr.
Axın.azBAKU.TV-yə istinadən xəbər verir ki, Dağlının məhkəmə prosesi Bakı Ağır Cinayətlər məhkəməsində baş tutur.
Hazırda meyxanaçının ailə üzvləri və yaxınları sözügedən məhkəmə binasının qarşına toplaşıb. Dağlınının məhkəməsi hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə həyata keçirilir.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib.
Hadisə baş verən zaman Mehtiyev 2 həftə əvvəl həbsdən çıxıb. Digər məşhur meyxanaçı Ələkbər Yasamallının qohumu olan Mehtiyev daha əvvəllər də narkotik ticarətinə görə həbs həyatı yaşayıb.
Rəşad Dağlı 4 ay müddətinə həbs edilib. Daha sonra bu müddət martın 4-də 2 ay da uzadılıb.