axin.az

SON DƏQİQƏ

Bakıda sabiq prokurora yenidən hökm oxundu

14-09-2021, 18:46



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov, onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə F. Eldarovla M. Həsənovun hər biri 5 il, S. Nəsirov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. M. Həsənovun barəsində verilən polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.

O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.

Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA