Vətən müharibəsi şəhidi Mehman Qənbərov: Yaşasa 40 yaşı olacaqdı - VİDEO
Gündəm
28-05-2021, 13:53
Dünən Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qəmbərovun doğum günü idi.
Şəhidin 40-cı doğum günü Bərdənin Şəhidlər xiyabanında qeyd olunub.
Şəhidin doğum günündə rayonun ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin ailə üzvləri, qazilər və döyüş yoldaşları onun məzarını ziyarət etdi.
Qeyd edək ki, Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mehman Qənbərov sentyabrın 30-da elə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.