Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan kapital axını 35,5 milyard ABŞ dolları təşkil edib.
“Axin.az” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,5% çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Rusiyadan kapital axını 2018-ci ilə nisbətən 57,6% azalaraq 26,7 milyard dollar olub.
2020-ci ilin 9 ayında Rusiyanın xarici ticarət dövriyyəsinin müsbət saldosu isə 64,8 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 47,4% və yaxud 1,9 dəfə azdır.