“Xüsusi karantin rejimi və koronavirusun bitməsi vətəndaşlardan asılıdır”.
Axin.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, vətəndaşlar dövlət tərəfindən tövsiyə olunan xüsusi karantinlə bağlı mübarizə tədbirlərinə ciddi əməl etsələr, inanıram ki, bu xəstəliyin qısa zamanda başa çatmasının şahidi olacağıq”.
“Əhali sosial məsafəyə, tibbi maskaların taxılması kimi tədbirlərə əməl etməsələr, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb, daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bu da arzuolunan hal deyil”, - deyə o qeyd edib.