Makao administrasiyasının rəhbəri He İçen yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə şəhərdəki bütün kazinoların iki həftə ərzində bağlanmasına göstəriş verib.
“Axin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat verib.
Qumar obyektlərinin bağlanma tarixi bir qədər sonra razılaşdırılacaq.
Qeyd olunur ki, Makaoda yeni növ koronavirusa yoluxma ilə bağlı 10 hal qeydə alınıb.