ABŞ Şimali Koreyaya ballistik raketlərin işə salınmasını dayandırmaqla bağlı müraciət edib.
“AXIN.az”in məlumatına görə, müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında yayılıb.
Qeyd edilir ki, ABŞ-ın çağırışına Yaponiya və Monqolustan da qoşulub.
Hər 3 dövlət həmçinin BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzrə öhdəliklərə riayət etmək xahişi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) müraciət edib.
ABŞ, Yaponiya və Monqolustan həmçinin KXDR-ə müraciət edərək Sinqapur sammiti qərarlarının icrası ilə bağlı danışıqlara başlamağa çağırıblar.