İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” gücünün yeni komandiri briqada generalı İsmayıl Kaani olub.
“Axin.az” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, silahlı qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.
İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.
Xatırladaq ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.