Donald Tramp prezident seçkilərində qalib gəlsə, çox güman ki, keçmiş kovboy və Texas kənd təsərrüfatı komissarı Sid Milleri (Sidney Carroll Miller) ölkənin yeni kənd təsərrüfatı naziri təyin edəcək.
Qaynarinfo bu barədə "Politico"ya istinadən xəbər verir.
Nəşr qeyd edir ki, onun Amerika cəmiyyətinin gözündə reputasiyası çox qarışıqdır.
"Kənd Təsərrüfatı Nazirliyi (USDA) üçün - daha çox ərzaq və kənd təsərrüfatı siyasəti - Millerin təyinatı seysmik dəyişikliyi təmsil edəcək", deyə "Politco" yazıb