Axın.az xəbər verir ki, Ermənistan tərəfi yenə də öz mənfur hərəkətlərindən, yaydıqları yalan informasiyalardan uzaqlaşmaq fikrində deyillər. Ermənistan tərəfi hər zaman etdiyi kimi bu dəfə də dəfələrlə atəşkəsi pozaraq Azərbaycanı günahlandırırlar. Armenia.news-dan əldə etdiyimiz məlumatları sizlərə təqdim edirik!
Bu ayrı-seçkilik olmadan atılan mərmilər sülh prosesinə töhfə vermir və bizim üçün anlaşılmazdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, aprelin 6-da İctimai TV-nin efirində Azərbaycanın ötən gecə atəşkəs rejimini pozmasına toxunaraq deyib.
"Son vaxtlar, hətta mülki infrastruktura da atılan atəşləri qeyd etmək istəyirəm. Bu ayrı-seçkilik olmadan atılan mərmilər sülh prosesinə töhfə vermir və bizim üçün anlaşılmazdır. Biz bir tərəfdən ciddi danışıqlar masasına oturub sülh prosesinə başlayırıq və bütün dünyaya sülh istəyirik. Azərbaycan tərəfi də gəlir, ikitərəfli görüşlər zamanı vasitəçiləri və ya görüşün təşkilatçılarını və ya bizi əmin edir ki, sülh qurmaq istəyir, digər tərəfdən sərhəddə bu cür insidentlər, informasiya kampaniyaları, eskalasiya üçün bəhanələr yaradır. Bir daha demək istəyirəm ki, biz sülh qurmağa çalışırıq, Ermənistan Respublikası sülhsevər gündəliyə sadiqdir. Amma bunun üçün qarşı tərəfin də hazırlığını görmək lazımdır”, - deyə o bildirib.
Yazdıqları bu nağıllara özlərini inandıraraq dünya gözü ilə "məsum" olduqlarını sübut etməyə çalışırlar. Ancaq unutduqları bir şey var! Azərbaycan 30 ildən artıqdır ki, bu qədər yalana gözü toxdur!
Vəfa Alcanova
Axın.az