Corc Soros “Açıq Cəmiyyət” Fondunun (OSF) şəbəkəsi Aİ-dəki fəaliyyətini dayandırır.
Axın.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Soros Fondunun idarə heyəti ötən cümə günü bütün cari benefisiarlara müvafiq məktub göndərib.
Avropa layihələri üçün donorların büdcəsi minimuma endiriləcək, çünki təşkilatın fikrincə, Brüssel və üzv ölkələrin özləri sosial problemlərin həllinə, demokratiyanın və vətəndaş qruplarının dəstəklənməsinə çoxlu pul xərcləyirlər.
Macarıstan LGBTQ Assosiasiyasının nümayəndəsi Peter Hanzlinin sözlərinə görə, bu qərarın səbəbləri çox az başa düşülür.
“Mənim fikrimcə, arqumentlər bir qədər ziddiyyətlidir. Avropa İttifaqı müxtəlif bəyanatlar verməyi sevir, lakin həyata keçirilməsi o qədər də sadə deyil. Soros hakimiyyətin hərəkətlərinə istinad edir, lakin Macarıstan hökuməti LGBTQ icması üçün çox az şey edir, əksinə, əslində, bizə düşməndir. Demokratiyaya gəlincə, təkcə Macarıstanda deyil, digər Aİ-yə üzv ölkələrdə də vəziyyət elə də yaxşı deyil”, - o qeyd edib.
Axın.az