Xəbər verdiyimiz kimi, dünən Türkiyədə ard-arda güclü zəlzələlər qeydə alınıb.
Axın.az Haber.Global-a istinadən xəbər verir ki, axşam saatlarında Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib. AFAD-dan verilən məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub. Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə də hiss edilib.