Türkiyənin Manisa şəhərində növbəti güclü zəlzələ olub.
“Axin.az” İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar 3.9 bal gücündə olub.
Qeyd edək ki, bu gün səhər saatlarında Manisa şəhərində 3 baldan güclü zəlzələ qeydə alınıb. Həmçinin Egey bölgəsi və Ankarada da zəlzələ olub.
*** 09:24
Türkiyənin paytaxtı Ankarada ard-arda 3 zəlzələ olub.
“Axin.az” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.
Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.
Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.