Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir.
Buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü və onun ərazisindən qoşunların çıxarılmasına dair razılaşmaya əməl etməməsidir.
ABŞ dövlət katibi Antoni Blinken Gürcüstana qarşı təcavüzün 15-ci ildönümü ilə əlaqədar bildirib ki, Gürcüstan xalqı Rusiyanın beynəlxalq hüquqa məhəl qoymaması və qonşuları üzərində hökmranlıq etmək istəyi səbəbindən əziyyət çəkib.
O qeyd edib ki, ABŞ qoşunların işğaldan əvvəlki mövqelərə geri çəkilməsini nəzərdə tutan və 2008-ci ildə imzalanmış altı bəndlik atəşkəs razılaşmasına əməl etmədiyinə görə Rusiya Federasiyasını məsuliyyətə cəlb etməkdə qətiyyətlidir.