ABŞ Senatındakı respublikaçıların lideri, 81 yaşlı senator Mitch Makkonel (McConnell) ABŞ Konqresində keçirdikləri mətbuat konfransının açılış nitqini söyləyərkən bir müddət “dondu”. Bir kəlmə danışa bilməyərək susmuş vəziyyətdə qalıb.
İlk cümləsini bitirə bilmədən “donan” Makkonel Senatda illik müdafiə icazəsi layihəsi üzərində işi başa çatdırmaq üçün gedərkən iki partiyanın dəstəyindən danışarkən heç nə demədən təxminən 20 saniyə boş yerə baxıb.
Yanındakı deputatlar da bir müddət nə edəcəklərini bilməyərək çaşqın vəziyyətdə qalıblar.
Senator Con Barrasso Makkonelin qolundan tutaraq deyib: “Hey Mitç, demək istədiyin başqa bir şey var, yoxsa ofisinə qayıdaq?”
Heç bir söz demədən kənara çəkilən Makkonel daha sonra yenidən jurnalistlərin qarşısına çıxıb və yaxşı olduğunu bildirib.
Makkonel ilin əvvəlində qaldığı hoteldə yıxılıb və müalicəsi ilə əlaqədar bir müddət Senatda olmayıb.