İstanbulda terror törədən kişi Suriyada məhv edilib - FOTO
Dünya
24-02-2023, 14:20
İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyanın Qamışlı şəhərində zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Halil Menc PKK/YPG terror təşkilatının üzvü olub.
Xatırladaq ki, 2022-ci ilin noyabrın 13-də İstanbul şəhərinin Taksim meydanında törədilmiş terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.